Azərbaycan çempionatı: "Neftçi" - "Sumqayıt" oyununda qalib müəyyənləşməyib
Fevralın 1-də futbol üzrə Azərbaycan Premyer Liqasının 15-ci turunun ikinci görüşündə “Neftçi” doğma meydanda "Sumqayıt”ı qəbul edib.

"Bakcell Arena"da keçirilən oyunda qalib müəyyənləşməyib.

Görüşün 43-cü dəqiqəsində hesabı Sumqayıt təmsilçilərinin hücumçusu Rahim Sadikov açıb. Lakin meydan sahibləri 71-ci dəqiqədə hesaba tarazlıq gətirməyi bacarıblar. Matç elə bu hesabla bitib -1:1.
Qeyd edək ki, "Neftçi" komandası oyunu 41-ci dəqiqədən etibarən bir nəfər azlıqda oynayıb. Bakı təmsilçisinin heyətində Vojislav Stankoviç qırmızı vərəqə alaraq komandasını azlıqda qoyub.
Fevralın 2-də Qəbələ şəhər stadionunda keçiriləcək “Qəbələ” – “Keşlə” oyununda baş hakim funksiyasını Səbuhi Bayramov yerinə yetirəcək. Matç saat 15:00-da başlayacaq.
Premyer Liqanın XV turuna həmin gün saat 17:30-da başlayacaq “Səbail” - “Qarabağ” matçı ilə yekun vurulacaq. Bu oyunda ədaləti İnqilab Məmmədov qoruyacaq.
Bütün görüşlər “CBC Sport” kanalı ilə birbaşa yayımlanacaq.
On dörd turdan sonra turnir cədvəlinə 31 xalla “Qarabağ” klubu başçılıq edir. Aktivində 26 xalı olan “Neftçi” ikinci, 23 xalı olan “Keşlə” isə üçüncü yerdə qərarlaşıb. Digər pillələrdə müvafiq olaraq “Zirə” (20), “Sumqayıt” (19), “Sabah” (13), “Qəbələ” (13) və “Səbail” (12) yer alıblar.


Xəbər 758 dəfə oxundu.