“Avro-2020”nin Bakıda keçiriləcək oyunları İstanbulda beynəlxalq sərgidə təbliğ olunur
“Avro-2020”nin yerli əməliyyat qrupu Azərbaycan Turizm Bürosu ilə birgə İstanbulda keçirilən Şərqi Aralıq dənizi bölgəsində beynəlxalq turizm və səyahət sərgisində (EMİTT) iştirak edir.

Azsport.az AFFA-nın saytına istinadla xəbər verir ki, sərgidə iştirakın məqsədi futbol üzrə Avropa çempionatının Bakıda keçiriləcək görüşlərinin təbliğ olunmasıdır.
Yanvarın 29-da açılan sərgi fevralın 2-dək fəaliyyət göstərəcək.
Xatırladaq ki, futbol üzrə Avropa çempionatının 60 illik yubileyi münasibətilə qitə birinciliyinin oyunları 12 şəhərdə - Sankt-Peterburq, London, Münxen, Bakı, Roma, Buxarest, Dublin, Kopenhagen, Bilbao, Qlazqo, Budapeşt və Amsterdamda keçiriləcək. A qrupu çərçivəsində Uels-İsveçrə (13 iyun), Türkiyə-Uels (17 iyun), İsveçrə-Türkiyə (21 iyun) qarşılaşmaları, eləcə də dörddəbir final mərhələsinin bir görüşü (4 iyul) Bakı Olimpiya Stadionunda oynanılacaq.

Xəbər 809 dəfə oxundu.