Azərbaycan cüdoçusu Sofiyada keçirilən açıq Avropa kubokunda gümüş medala sahib olub
Azərbaycan cüdoçusu Bolqarıstanın paytaxtı Sofiyada keçirilən açıq Avropa kubokunda gümüş medala sahib olub.

Bütün rəqiblərini məğlub edən Oruc Vəlizadə (60 kq) qızıl medal uğrunda görüşdə braziliyalı Felipe Pelim ilə qarşılaşıb. Həlledici mərhələdə rəqibinə uduzan cüdoçumuz ikinci yerlə kifayətlənməli olub.
Yarışda 13 cüdoçumuz iştirak edir. Turnirə fevralın 2-də yekun vurulacaq.

Xəbər 778 dəfə oxundu.