“Abşeron” voleybol komandası UNEC-ə qalib gəlib
Qadın voleybolçular arasında keçirilən Azərbaycan Super Liqasında bir qarşılaşma oynanılıb. Azərbaycan Voleybol Mərkəzində təşkil olunan matçda UNEC komandası “Abşeron” ilə üz-üzə gəlib.

Görüş Eldar Yusubovun yetirmələrinin qələbəsi ilə başa çatıb. İlk setdə 25:16 hesabı ilə qalib gələn “Abşeron” ikinci hissəni 25:15 hesabı ilə aktivinə yazıb. Üçüncü setdə UNEC oyunu bərabərləşdirsə də, təcrübə sözünü deyib. Rəqibini bu dəfə 26:24 hesabı ilə məğlub edən “Abşeron” 3:0 hesablı qələbə qazanıb.
Nəticədə üçüncü qarşılaşmasında ikinci dəfə 3 xala sevinən komanda ikinci yerə yüksəlib. Onlar 2 görüş keçirən “Azərreyl”dən set fərqində geri qalırlar. UNEC isə ikinci oyununda da 0:3 hesablı məğlubiyyətə üzülüb.


Xəbər 916 dəfə oxundu.