Cüdoçularımız Sofiyada açıq Avropa kuboku turnirində mübarizə aparırlar
Fevralın 1-də Bolqarıstanın paytaxtı Sofiyada cüdo üzrə açıq Avropa kuboku turniri start götürüb. Azərbaycan komandası qitə yarışına 13 idmançı ilə qatılıb.

Qitə kubokunda Oruc Vəlizadə, Rövşən Əliyev, Davud Məmmədsoy, Turan Bayramov (60 kq), Nurlan Osmanov, Vaqif Tarverdiyev (66 kq), Kənan Quluzadə, Paşa Əliyev, Mətin Rzazadə (73 kq) mübarizə aparırlar. Ağır çəkili cüdoçuların yarışlarında isə Araş Ağayi (81 kq), Zaur Dünyamalıyev (90 kq), Aslan Mirzəyev (100 kq), İmran Yusifov (+100 kq) iştirak edirlər.
Turnirə fevralın 2-də yekun vurulacaq.


Xəbər 718 dəfə oxundu.