Avro-2012: Çempionlar turniri
Bir çoxları üçün dünyanın ən güclülərinin turnirindən də maraqlı olan Avropa çempionatı tarixini 1927-ci ildə Fransa Futbol Assosiasiyasının baş katibi Anri Delonenin FİFA-nın iclasında verdiyi təklifdən götürür. Lakin 1958-ci ilə qədər onu təşkil etmək mümkün olmadı. «idman.com.az»ın məlüumatına görə, ilk matçında Ələkbər Məmmdovun da iştirak etdiyi yarışın ilk finalı, 1960-cı ildə təşkil olundu və artıq bu silsilə 14-cü ömrünü yaşayır.

Final mərhələsinə «çempionlar turniri» demək də olar. Çünki final mərhələsində əvvəlki illərin bütün qalibləri iştirak edirlər. Aydındır, Almaniya (3-qat çempion - 1972,1980, 1996), Fransa (2-qat – 1984, 2000), İtaliya (1968), Niderland (1988), Danimarka (1992), Yunanıstan (2004) və İspaniya (2008) ilə yanaşı, UEFA Rusiya (SSRİ-nin - 1960) və Çexiyanı (Çexoslovakiyanın - 1976) varis kimi qəbul edir. Bunlardan əlavə Portuqaylia finalçı, İsveç və İngiltərə yarımfinalçı olub, Xorvatiya 1/4 finala qədər irəliləyib, Polşa və İrlandiya qrup turnirində iştirak edib. Ukrayna ilə yanaşı, İrlandiya (axırıncı dəfə 1988-ci ildə finalçı olub) və İngiltərə (2004) ötən final mərhələsinin iştirakçısı olmayıblar.

14-cü Avropa çempionatı iyunun 8-də Polşa – Yunanıstan dueli ilə başlayır. Ukrayna və Polşa meydanlarında qitənin ən güclüsü adı uğrunda mübarizə 24 gün davam edəcək və iyulun 1-də final oyunu ilə yekunlaşacaq.

Xəbər 1119 dəfə oxundu.