Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov FIDE-nin fevral ayı üçün reytinq siyahısında ilk onluqda yer alıblar
Beynəlxalq Şahmat Federasiyası (FIDE) fevral ayı üçün reytinq siyahısını açıqlayıb.

Azərbaycanlı qrossmeysterlər Şəhriyar Məmmədyarov (2770) və Teymur Rəcəbov (2765 xal) siyahıda ilk onluqda yer alıblar. Ş.Məmmədyarov siyahıda səkkizinci, T. Rəcəbov (2765) isə onuncudur. Komandamızın digər üzvlərindən Nicat Abbasov (2670 xal) 67-ci, Qədir Hüseynov (2666) 72-ci sırada qərarlaşıblar.

Kişi şahmatçılar arasında reytinq siyahısına hazırkı dünya çempionu norveçli Maqnus Karlsen (2862) liderlik edir. Sonrakı yerləri amerikalı Fabiano Karuana (2842 xal), çinli Liren Dinq (2805 xal) bölüşürlər.

Qadın şahmatçılar arasında isə Günay Məmmədzadə (2455) 28-ci, Gülnar Məmmədova (2386) 75-ci, Ülviyyə Fətəliyeva (2377) 86-cı yerdədirlər. Çinli idmançılar Hou Yifan (2664 xal), Vencun Cu (2583 xal) və hindistanlı Humpi Koneru (2580 xal) ən güclü şahmatçı qadınların reytinq siyahısında ilk üçlükdə yer alıblar.

Xəbər 736 dəfə oxundu.