Qadınlardan ibarət güləş yığmamız Türkiyədə təlim-məşq toplanışı keçir
Qadınlardan ibarət güləş yığmamız Türkiyədə təlim-məşq toplanışı keçir.

Yanvarın 27-dən Ədirnədə məşqlərə başlayan millimiz Türkiyə və Tayvandan olan komanda ilə birgə hazırlıqları davam etdirir.

Hazırlıq prosesi fevralın 10-dan 16-dək İtaliyanın paytaxtı Romada keçiriləcək Avropa çempionatına hazırlıq xarakteri daşıyır.

Türkiyənin “Beinsport” telekanalı 3 komandanın iştirakı ilə baş tutan təlim-məşq toplanışından reportaj hazırlayıb. Millimizin baş məşqçisi Aslan Ağayev Türkiyə Güləş Federasiyasına toplanışın təşkilində yaratdığı şəraitə və qonaqpərvərliyə görə minnətdarlığını bildirib.

Xəbər 949 dəfə oxundu.