Xocavənd rayonunda şəhidlərin xatirəsinə həsr olunmuş idman yarışları keçirilib
Xocavənd rayon İdman Kompleksində Müdafiə Nazirliyinin və Xocavənd Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 2017-ci ilin fevral ayında düşmən təxribatının qarşısını alarkən şəhid olmuş hərbi qulluqçuların xatirəsinə həsr olunmuş hərbi hissələr arasında yunan-Roma, sərbəst güləş və cüdo yarışlarının final mərhələsi keçirilib.

Tədbirdə hərbi qulluqçular, Xocavənd rayon ictimaiyyəti nümayəndələri, müharibə veteranları, şəhid ailələri və rayonun orta məktəblərinin şagirdləri iştirak ediblər. Yarış xalqımızın ümummilli lideri Heydər Əliyevin və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması, Dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Yanvarın 27-dən başlayan idman yarışında müxtəlif çəki dərəcələrində, ümumilikdə, 110 hərbi qulluqçu iştirak edib. Yarışların nəticəsinə uyğun olaraq final mərhələsinin qaliblərinə diplom və kuboklar təqdim olunub.

Xəbər 903 dəfə oxundu.