Avro-2012: 7 dərəcəli bilet
2012-ci il Avropa futbol çempionatının final mərhələsinə 1,4 milyon bilet satışa çıxarılmışdı. «idman.com.az» UEFA təşkilatçıların yaydığı məlumata əsasən bildirir ki, biletin rəngi bənövşəyidir və 7-dək müdafiə dərəcəsi var. Tərtibatçı rəssamı müsabiqə ilə müəyyən olunmuş Darya Kovtundur. Bileti almaq üçün şəxsiyyəti təsdiq edən sənəd lazımdır. Qiymətlər 30-600 avro arasındadır. Müqayisə üçün deyək ki, əvvəlki çempionatda ən ucuz bilet 1,5 dəfə baha idi.

Biletlərin 75 faizini mart ayına qədər internet vasitəsilə UEFA-nın saytında sifariş etmək mümkün idi Yeri gəlmişkən, 2011-ci il fevralın 1-dən başlayan satışın ilk bilet sifariş edəni Cənubi Koreya vətəndaşı idi. Oyun keçirilən hər şəhərə 2 min bilet verilib. Bundan başqa, UEFA xüsusi paketlər də təqdim edib. Məsələn, öz ölkənin komandasını dəstəkləmək üçün qrup turniri və ya ayrı-ayrı oyunlar, ya da bütün maçtlara əvvəlcədən paket almaq mümkündür. Sadionlar üzrə paketlər də var.
Qeyd edək ki, iyunun 8-də Polşa – Yunanıstan dueli ilə 14-cü Avropa çempionatı başlayır. Ukrayna və Polşa meydanlarında qitənin ən güclüsü adı uğrunda mübarizə 24 gün davam edəcək və iyulun 1-də final oyunu ilə yekunlaşacaq.

Biletlərin qiyməti (avro ilə)

Mərhələ 1 2 3
Açılış oyunu 250 140 45
Qrup 120 70 30
1/4 final 150 80 40
1/2 final 270 150 45
Final 600 330 50

Biletin dərəcələri: 1 ci – yan tribunalardakı; 2 ci – künc bayrağı yxanlığındakı; 3 cü – qapı arxasındakı yerlər.


Xəbər 1051 dəfə oxundu.