Qadın həndbolçular arasında Azərbaycan kuboku yarışında ilkin mərhələ yekunlaşıb
Qadın həndbolçular arasında Azərbaycan kuboku yarışında ilkin mərhələyə yekun vurulub. Azarkeşlər qrup turnirinin son oyun günündə də maraqlı qarşılaşmalar izləyiblər.

Meydançaya əvvəlcə “Azərsu” və “Qarabağ” komandaları çıxıblar. İlk iki görüşü qələbə ilə başa vuran rəqiblərin dueli qrup liderini müəyyənləşdirəcəkdi. Bu baxımdan gərgin mübarizə vəd edən qarşılaşmada “Qarabağ” qələbə qazanıb. Nominal qonaqlar kifayət qədər ciddi mübarizə aparan rəqibin müqavimətini çətinliklə də olsa qırıblar – 30:28.

Günün digər matçında “Azəryol” komandası “İdman Akademiyası”nı sınağa çəkib. Turnirin aşkar autsayderi ilə oyun favorit – “Azəryol” üçün elə də çətin alınmayıb. Rəqibi əksər göstəricilərdə üstələyən “Azəryol” oyunda 37:30 hesabı ilə qalib gəlib.

Qrup yarışlarının nəticələrinə əsasən, apreldə keçiriləcək yarımfinal oyunlarında “Qarabağ” klubu “İdman Akademiyası”, “Azərsu” komandası isə “Azəryol” ilə qarşılaşacaq. Kubokun sahibi isə may ayında müəyyənləşəcək.

Xatırladaq ki, kişi həndbolçuların yarımfinal görüşlərində “Məhsul” klubu U-18 komandası, “Bakı” isə “Təhsil”lə üz-üzə gələcək.

Xəbər 931 dəfə oxundu.