Futzal üzrə Azərbaycan millisi Rusiya yığmasına qalib gəlib
Futzal üzrə Azərbaycan milli komandası dünya çempionatının elit-raund mərhələsində ilk qələbəsini qazanıb.

Yanvarın 30-da Xorvatiyada Rusiya yığması ilə qarşılşan komandamız qələbə qazanıb – 4:3.

Millimizin heyətində Everton Kardosonun dubl etdiyi görüşdə digər qolları Rafael Vilela və İsa Atayev vurublar.

Yığmamız ilk oyununda Xorvatiya seçməsinə məğlub olub - 0:2.

Qeyd edək ki, millimiz qrupda sonuncu oyununu fevralın 1-də Bakı vaxtı ilə saat 20:00-da Slovakiya yığmasına qarşı keçirəcək.

Xəbər 799 dəfə oxundu.