Cəbəllütariqdə təşkil olunan beynəlxalq şahmat festivalının “Masters” turniri başa çatıb
Cəbəllütariqdə təşkil edilən beynəlxalq şahmat festivalının “Masters” turniri yanvarın 30-da başa çatıb.

Azərbaycan şahmatçılarından Vasif Durarbəyli 10 turda 5,5 xal toplayıb. Komandamızın digər üzvü Günay Məmmədzadə 5 xal əldə edib.

Turnirin qalibi 7,5 xalla rusiyalı Andrey Yesipenko olub. Turnirin qalibi ilə eyni xalı toplayan Çin şahmatçısı Hao Yanq və rusiyalı Daniil Yuffa ikinci və üçüncü yerləri tutublar. On turdan ibarət “Masters” turnirində 241 şahmatçı, o cümlədən 116 qrossmeyster mübarizə aparıb.

Xəbər 762 dəfə oxundu.