Həbib Nurməhəmmədov ilə amerikalı Toni Ferqyuson arasında baş tutacaq görüş üçün biletlərin qiyməti açıqlanıb
Qarışıq döyüş növləri üzrə rusiyalı idmançı, mütləq döyüş çempionatının (UFC) qalibi Həbib Nurməhəmmədov ilə amerikalı Toni Ferqyuson arasında baş tutacaq görüş üçün biletlərin qiyməti açıqlanıb.

Qarşılaşma üçün ən bahalı biletin qiyməti 11 min 157 ABŞ dollarıdır. UFC klubunun üzvləri üçün ən ucuz biletin qiyməti isə 99 ABŞ dollarıdır.

“UFC-249” turniri çərçivəsində aprelin 18-də Bruklində keçiriləcək qarşılaşmada rusiyalı döyüşçü dünya çempionu titulunu qorumağa çalışacaq.

Karyerası ərzində məğlub olmayan H.Nurməhəmmədovun aktivində 28 qələbə var. T.Ferqyuson isə 25 qələbə qazanıb, 3 dəfə məğlub olub.

Xəbər 897 dəfə oxundu.