Formula 1-in Çin Qran-Prisinin taleyi: FIA koronavirusla bağlı vəziyyəti izləməkdə davam edir
Beynəlxalq Avtomobil Federasiyası (FIA) 2019-nCoV koronavirusu epidemiyası ilə bağlı Çində vəziyyəti izləməkdə davam edir.

Beynəlxalq avtomobil idmanı yarışlarının keçirilməsi və ya ləğvi barədə hələ qərar qəbul olunmayıb.

Daha əvvəl xəbər verilmişdi ki, Formula E çempionatının martın 21-nə nəzərdə tutulan Çin mərhələsi ləğv olunma təhlükəsi ilə üz-üzədir.

Formula 1 mərhələsi ilə də vəziyyət ürəkaçan deyil. Aprelin 17-dən 19-dək Şanxayda çempionatın Çin Qran-Prisi keçirilməlidir.
Qeyd edək ki, bu günədək artıq 7742 nəfər 2091-nCoV yeni koronavirusuna yoluxub, xəstəlik nəticəsində ölənlərin sayı isə 170-ə çatıb.

Uxan şəhəri hazırda çıxış üçün bağlanıb, qonşu şəhərlərdə də məhdudiyyət tətbiq olunub.

FIA Formula 1 və Formula E mərhələlərinin Çində keçirilib-keçirilməyəcəyi barədə qərarı daha sonra verəcək.

AZƏRTAC

Xəbər 876 dəfə oxundu.