Fernando Alonso Formula 1 çempionatına qayıdacağı təqdirdə daha bir titul qazanacağını bəyan edib
Formula 1 yarışlarının ikiqat çempionu Fernando Alonso bəyan edib ki, o, 2021-ci il mövsümündə birinciliyə qayıdacağı təqdirdə çempion adını bir daha qazanacaq. İspaniyalı Formula yarışlarını 2018-ci il mövsümündən sonra tərk edib. Lakin o, hərtərəfli baxımdan onu qane edəcək təklif alarsa, çempionata qayıdacağını istisna etməyib.

Alonso daha əvvəl “Red Bull” komandasının rəhbərliyi ilə çoxlu görüşlər keçirdiyini və onun namizədliyi ilə “Mercedes”də maraqlandıqlarını etiraf edib.
“Onlar uzun illərdir ki, üstünlük təşkil edirlər. Onların komandaları güclüdür. Görək, necə çıxış edəcəklər.

Əgər mən qayıtsam, o halda daha da güclü olmağa hazırlaşmalıyam. Əgər lazımi yerdə olaramsa, o zaman titul qazanacağam. Mən özümə o dərəcədə arxayınam ki, əgər hər şey lazım olduğu kimi gedərsə, qələbə qazanmağa özümü borclu hesab edirəm.

Mən bilirəm ki, avtomobili idarəetmə mənim yaxşı bacardığım yeganə işdir”, - deyə “GrandPX.news” 38 yaşlı Alonsonun sözlərindən sitat gətirir.

Xəbər 815 dəfə oxundu.