Yeniyetmə cüdoçular arasında Bakı şəhər birinciliyinin qalibləri müəyyənləşib
Fövqəladə Hallar Nazirliyinin Hövsandakı idman kompleksində 13 yaşadək cüdoçular arasında Bakı şəhər birinciliyi keçirilib.

Azərbaycan Cüdo Federasiyasının, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən yarışda 718 cüdoçu mübarizə aparıb. Paytaxtın 62 klubunu təmsil edən kiçik yaşlı oğlanlar və qızlar arasında dörd çəki dərəcəsində mükafatçılar müəyyənləşib. Oğlanların yarışında Fərid Məmmədli (27 kq), Ömər Həsənoğlu (34 kq), Ayxan Ələkbərov (42 kq), Şahin Zeynalov (50 kq) qalib olublar. Qızlar arasında isə Fatimə Abdullayeva (25 kq), Könül Eyvazlı (32 kq), Ayan Əliyeva (40 kq), Mələk Bayramlı (48 kq) birinci yeri tutublar.

Mükafatçılara diplom və medallar təqdim olunub.

Xəbər 714 dəfə oxundu.