Qılıncoynadanımız Almaniyada keçiriləcək beynəlxalq turnirdə iştirak edəcək
Fevralın 1-də Almaniyanın Dormagen şəhərində keçiriləcək gənclər arasında qılıncoynatma üzrə dünya kubokunun mərhələ yarışı keçiriləcək.

Turnirdə Azərbaycanı sablya üzrə yığma komandamızın üzvü Aysel Əhədova təmsil edəcək.

Qeyd edək ki, yarışa 27 ölkədən 291 qadın idmançı qatılacaq.


Xəbər 886 dəfə oxundu.