Sərbəst güləş yığmamız Bakıda təlim-məşq toplanışını davam etdirir
Sərbəst güləş yığmamız Bakıda təlim-məşq toplanışını davam etdirir.

Yanvarın 10-12-də İstanbulda keçirilmiş Yaşar Doğunun xatirə turnirində iştirak etdikdən sonra vətənə qayıdan millimiz bir neçə günlük istirahətdən sonra məşqləri bərpa edib.


Olimpiya Güləş Mərkəzində təşkil olunan hazırlıq prosesinə Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Firdovsi Umudov nəzarət edir. Baş məşqçi əvəzi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi altında baş tutan toplanışa gənclərdən ibarət yığmanın aparıcı üzvləri də cəlb edilib.

Avropa çempionatına və lisenziya turnirlərinə hazırlıq xarakteri daşıyan hazırlıq prosesində həm fiziki, həm də taktiki-texniki hazırlığa diqqət yetirilir.

Xəbər 892 dəfə oxundu.