Azərbaycan şahmatçıları Lissabonda açıq turnirdə mübarizəni davam etdirirlər
Azərbaycan şahmatçıları Portuqaliyanın paytaxtı Lissabonda keçirilən açıq turnirdə mübarizəni davam etdirirlər.

Turnirdə klassik yarışların altıncı turunda mübarizə aparan şahmatçılarımızdan Vüqar Əsədli Fransa təmsilçisi Tiqran Qamarian, Zaur Bayramov polşalı Kamil Staçovyak ilə heç-heçə ediblər. Nail Bəşirli italiyalı Kristian Palozza ilə görüşü qələbə ilə başa vurub.

Bu gün keçiriləcək növbəti turda V.Əsədli norveçli Aryan Tarı, Z.Bayramov yerli idmançı Andre Sousa, N.Bəşirli polşalı İqor Yanik ilə qarşılaşacaqlar. Ötən turların nəticələrinə görə, V.Əsədli 5 xalla 2-13-cü yerləri bölüşür. Digər təmsilçilərimiz N.Bəşirli və Z.Bayramov 4,5 xalla, müvafiq olaraq 17-18-ci sıralarda qərarlaşıblar.

Yanvarın 25-də start götürən turnir doqquz turdan ibarətdir. İsveçrə sistemi üzrə keçirilən yarışda 227 şahmatçı mübarizə aparır.

Xəbər 952 dəfə oxundu.