“Qəbələ”nin yarımmüdafiəçisi Yunanıstan klubuna keçib
“Qəbələ” futbol klubunun yarımmüdafiəçisi İbrahima Niasse Yunanıstanın “Lamiya” komandasına keçib.

Seneqallı yarımmüdafiəçi 2019-cu ilin oktyabrında “Qəbələ”yə transfer olunub. İ.Niasse 2013-2014-cü il mövsümündə də “Qəbələ”də oynayıb. Futbolçu 2017-2018-ci illərdə Yunanıstanın “Levadiakos” klubunda çıxış edib.

Qeyd edək ki, İ.Niasse cari mövsümdə “Qəbələ”nin heyətində 5 oyun keçirib.

Xəbər 720 dəfə oxundu.