AzAL hazırlığa başlayıb
AzAL yeni mövsümə hazırlıqlara start verib. İdman.com.az saytının məlumatına görə, Bakı təmsilçisi Hüseyn Axundovun ardından Ervin Bulku və Nuqzar Kvirtiya ilə yollarını ayırıb. Bundan əlavə, Mansur Limani, Mindauqas Daunoraviçius, Robert Petrov və Georgi Bogihu da transferə çıxarılıb.

Yeni mövsüm ərəfəsində isə klub heyətini bir neçə futbolçu ilə gücləndirib. Belə ki “təyyarəçilər” Yasin Abbasov, Ruslan Məcidov, Tagim Novruzovdan sonra ötən mövsümü “Sumqayıt”da keçirən Orxan Həsənov, Ruslan Tağızadə, “Turan”dan Cavid Tağıyev və “Şuşa”dan Xəyyam Həsənovla rəsmi müqavilə imzalayıblar.

Qeyd edək ki, iyunun 11-dən 16-dək AzAL komandasının Şüvəlandakı bazasında seleksiya xarakterli toplanış keçiriləcək. Toplanışda həm yerli, həm də əcnəbi futbolçular iştirak edəcəklər. 5 gün ərzində baş məşqçinin etimadının qazanacaq futbolçular əsas komanda ilə birgə məşqlərə başlayacaqlar.

Xəbər 974 dəfə oxundu.