“Sabah” klubu daha bir futbolçu ilə müqavilə bağlayıb
Bakının “Sabah” klubu daha bir futbolçu ilə müqavilə bağlayıb.

Azsport.az kluba istinadla xəbər verir ki, paraqvaylı hücumçu Xulio Rodriqes bundan sonra komandanın uğurları üçün çalışacaq. İyirmi doqquz yaşlı futbolçu ilə mövsümün sonunadək müqavilə bağlanıb.

Karyerası ərzində Argentinanın “Defensa”, “Berasateqi”, “Qodoy Kruz”, “Atletiko Union”, “Arsenal”, Meksikanın “Dorados de Sinaloa”, Paraqvayın “Deportivo Kapiata” klublarında çıxış etmiş hücumçunun sonuncu komandası “Zirə” olub.

Xatırladaq ki, Rodriqes qış fasiləsində komandaya qoşulan üçüncü futbolçudur. Paraqvaylı hücumçudan öncə Mario Marina, Marko Deviç və Yevgeni Koçuk ilə müqavilə bağlanıb.

Xəbər 670 dəfə oxundu.