“Masters” turnirinin doqquzuncu turunun oyunları keçirilib
Yanvarın 29-da Cəbəllütariqdə təşkil olunan beynəlxalq şahmat festivalının “Masters” turnirinin doqquzuncu turunun oyunları keçirilib.

Doqquzuncu turda Azərbaycan şahmatçısı Vasif Durarbəyli ilə niderlandlı Yan Verle qarşılaşması təmsilçimizin məğlubiyyəti ilə bitib.

Qeyd edək ki, ötən turların nəticəsinə görə, şahmatçımızın aktivində cəmi 5,5 xal var. V.Durarbəyli bu göstəriciyə görə 43-cüdür. On turdan ibarət “Masters” turnirinə 241 şahmatçı, o cümlədən 116 qrossmeyster qatılıb.

Xəbər 716 dəfə oxundu.