“Zirə” paraqvaylı futbolçu ilə yollarını ayırıb
Paytaxtın “Zirə” futbol klubu daha bir legionerlə yolları ayırıb.

30 yaşlı paraqvaylı hücumçu Xulio Sezar Rodriqes ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Ötən ilin yanvarından “Zirə”də çıxış edən futbolçu cari mövsümdə 14 oyunda 6 dəfə fərqlənib.

“Zirə” qış fasiləsində haitili Soni Norde və malavili Robin Nqalande ilə də yolları ayırıb.

Xəbər 673 dəfə oxundu.