Bakıda atletika üzrə XII beynəlxalq memorial təşkil olunacaq
Yanvarın 31-dən fevralın 1-dək Respublika Olimpiya Mərkəzində Əməkdar məşqçi Aleksandr Antipovun xatirəsinə həsr olunmuş tullanmalar üzrə XII beynəlxalq memorial keçiriləcək.

Yarışda Azərbaycan və Rusiya atletləri iştirak edəcəklər. Turnirdə kişilər, 2000-ci il təvəllüdlü və daha kiçik yaşlı oğlanlar və qızlar uzununa, üçtəkanla və yakut tullanmalarında mübarizə aparacaqlar.

Qeyd edək ki, turnirin açılış mərasimi yanvarın 31-də keçiriləcək.

Xəbər 900 dəfə oxundu.