“Azərreyl” Kimlə anlaşdı
“Azərreyl” voleybol dünyasının maraqla izlədiyi transferini reallaşdırıb. İdman.com.az saytı apasport.az-a istinadən xəbər verir ki, “dəmiryolçular” müəyyən müddətdir elçi düşdükləri və 1,2 milyon avro təklif etdikləri Koreya yığmasının voleybolçusu Yeon Kinq Kimlə anlaşıblar.

Ötən mövsüm “Fənərbağça”nın heyətində Çempionlar Liqasının qalibi və Bakıda keçirilən “Dördlər finalı”nın ən yaxşısı seçilən 24 yaşlı voleybolçu ilə 1 illik müqavilə imzalanıb. “Sarı-lacivərdlilər” 192 sm boya malik hücumçunu heyətində saxlamaq istəsələr də, bu alınmayıb.

Qeyd edək ki, “Azərreyl” Kimdən öncə Debbi Stam, Manon Flier, Karolina Vensink (hər üçü - Hiderland), Akiko İno (Yaponiya), Milena Radeçka (Polşa) və Meqan Hodjla (ABŞ) anlaşıb.

Xəbər 1218 dəfə oxundu.