Qılıncoynadanlarımız Serbiyada dünya kubokunun mərhələ yarışında iştirak edəcəklər
Fevralın 1-2-də Azərbaycanın kişilərdən ibarət şpaqa üzrə milli komandasının üzvləri Serbiyanın paytaxtı Belqradda keçiriləcək dünya kubokunun mərhələ yarışında mübarizə aparacaqlar.

Turnirdə ölkəmizi Ruslan Həsənov, Xalid Əliyev, Fərrux Səfərov və Barat Quliyev təmsil edəcəklər.

Qeyd edək ki, dünya kuboku turnirində 39 ölkədən 225 qılıncoynadan birincilik uğrunda mübarizə aparacaq.

Xəbər 985 dəfə oxundu.