Binəqədidə “Coca-Cola məktəbli kuboku” layihəsinin 2019-2020-ci il mövsümü ilə əlaqədar iclas keçirilib | |
Yanvarın 29-da Təhsil Nazirliyinin dəstəyi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının təşkilatçılığı (AFFA), Coca-Cola şirkətinin sponsorluğu və Binəqədi rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə orta məktəblərin 7-ci sinif şagirdləri arasında keçirilən “Coca-Cola məktəbli kuboku” layihəsinin 2019-2020-ci il mövsümü ilə əlaqədar Binəqədi Gənclər Evində iclas keçirilib. Ölkəmizdə uşaq futbolunun inkişafı, futbolun kütləviliyinin təmin olunması məqsədilə keçirilən iclasda “Coca-Cola məktəbli kuboku” layihəsi barədə ətraflı məlumat verilib, idman müəllimlərinin sualları cavablandırılıb. Tədbirdə Binəqədi rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Elvin Quliyev, aparıcı məsləhətçi Rafiq Nəsirov, AFFA-nın Uşaq və gənclər üzrə yarışların təşkili şöbəsinin mütəxəssisi Tural Nəcəfov, rayon orta ümumtəhsil məktəblərinin idman müəllimləri iştirak ediblər. Sonda “Coca-Cola məktəbli kuboku”nun püşkatması keçirilib. |
|
Xəbər 904 dəfə oxundu. |
|
|