Cavid Samiri haqladı
Azərbaycan millisinin sabiq futbolçusu Samir Əliyevin rekordu təkrarlanıb. İdman.com.az saytı apasport.az-a istinadən xəbər verir ki, U-21-də oynadığı vaxt Avropa çempionatının 1 seçmə mərhələsində 3 qol vuran hücumçu bu göstəricidə Azərbaycan rekordçusu idi. Samir Avro-2002-nin oyunlarında Makedoniya millisinin qapısına 2, Türkiyə yığması ilə oyunda isə 1 qol vurmuşdu.

1 seçmə mərhələdə ən çox qol vuran futbolçu rekordu yalnız 11 ildən sonra təkrarlandı. Belə ki, Avro-2013-ün seçmə oyunlarında “Neftçi”nin futbolçusu Cavid İmamverdiyev yığmada artıq 3 qol vurub.

Belçika ilə həm ev, рəm səfər oyununda qol vuran yarımmüdafiəçi İslandiya ilə görüşdə də fərqlənməklə Əliyevin rekordunu təkrarladı. Sentyabrın 6-da İngiltərə ilə keçiriləcək ev oyununda isə Cavid mütləq rekorda imza ata bilər. Bunun üçün o, futbolun yaradıcılarının qapısına da qol vurmalıdır.

Xəbər 1139 dəfə oxundu.