Basketbol üzrə Azərbaycan Superliqasının üçüncü dövrəsinə start veriləcək | |
Bu gün Azərbaycan Superliqasının üçüncü dövrəsinə start veriləcək. Oğlanlardan ibarət komandalar arasındakı oyunlar Azərbaycan Texniki Universitetinin basketbol arenasında keçiriləcək. Bu gün “Sıçrayış” və “80-lər” basketbol klubları arasındakı görüş saat 17:30-da, “Xırdalan” – “Atletik” matçı isə saat 19:30-da başlayacaq. Fevralın 2-də Superliqanın 15-ci turunun digər iki qarşılaşması təşkil olunacaq. Günün ilk oyununda “Gəncə” və “Zirvə Astara” komandaları saat 18:00-da üz-üzə gələcəklər. “Sərkərdə” və “Atom” klubları arasındakı görüş isə saat 20:00-da oynanılacaq. |
|
Xəbər 1040 dəfə oxundu. |
|
|