Bakıda basketbol üzrə NBA Azərbaycan Liqasının təqdimatı keçiriləcək
Yanvarın 29-da “Four Seasons” otelində ABŞ Milli Basketbol Assosiasiyasının (NBA) 12-14 yaş qrupu (oğlanlar və qızlar) üzrə Azərbaycan Liqasının açılışına həsr edilmiş təqdimat mərasimi keçiriləcək.

NBA-nın Avropa, Afrika və Yaxın Şərq ölkələri üzrə vitse-prezidenti Cesus Bueno Paskual tədbirdə fəxri qonaq qismində iştirak edəcək. Mərasimə, həmçinin Gənclər və İdman, Təhsil nazirliklərinin, Milli Olimpiya Komitəsinin, Azərbaycan Basketbol Federasiyasının rəhbər şəxslərinin, ABŞ-ın və Türkiyənin Azərbaycandakı səfirlərinin, Azərbaycan Məktəb İdmanları Federasiyasının nümayəndələrinin və digər qonaqların iştirakı gözlənilir.

Xəbər 897 dəfə oxundu.