Macarıstan yenidən su polosu üzrə Avropa Kubokunun qalibi olub
Su polosu üzrə 34-cü Avropa Çempionatına ev sahibliyi edən Macarıstan finalda İspaniya yığmasına 14:13 hesabla qalib gələrək 13-cü dəfə qızıl medala sahib olub.

Budapeşt artıq beşinci dəfədir qitənin su polosu üzrə ən yaxşı komandalarını qəbul edir. İndiki Avropa Çempionatınadək burada yarışlar 1926, 1958, 2001 və 2014-cü illərdə təşkil olunub. Bu, su polosu tarixində özünəməxsus rekorddur.

Bu finaladək iki yığma komanda 18 dəfə qarşılaşıb. Üç görüş heç-heçə, 15 görüş isə macarların qələbəsi ilə başa çatıb.

AZƏRTAC

Xəbər 1036 dəfə oxundu.