Azad Rəhimov: Bu il də Azərbaycan idmanı üçün əlamətdar olacaq
Bu il də Azərbaycan idmanı üçün əlamətdar olacaq. Ölkəmiz futbol üzrə Avropa çempionatının final mərhələsinin dörd oyununa ev sahibliyi edəcək.

Bunu Azərbaycanın Gənclər və İdman naziri Azad Rəhimov yanvarın 28-də AFFA-nın konfransında çıxış edərkən deyib.

Nazir bildirib ki, ölkəmizdə idmanın inkişafı dövlət siyasətinin tərkib hissəsidir. Bu siyasətin nəticəsidir ki, bu gün Azərbaycan dünyada idman ölkəsi kimi tanınır.

Xəbər 6307 dəfə oxundu.