Sumqayıtda sambo üzrə şəhər birinciliyinə yekun vurulub
Sumqayıtda 2 Fevral – Azərbaycan Gəncləri Gününə həsr edilmiş sambo üzrə yeniyetmələr, gənclər və böyüklər arasında şəhər çempionatı keçirilib.

Gərgin idman mübarizəsi şəraitində keçən çempionatda yeniyetmələr və gənclər kateqoriyalarının hər birində 10, böyüklərdə isə 9 çəki dərəcəsində qaliblər müəyyənləşib.

Yarışların qalib və mükafatçıları şəhər gənclər və idman baş idarəsi tərəfindən medal və fəxri fərmanlarla təltif olunublar.

Xəbər 1170 dəfə oxundu.