Bu gün şahmatçılarımız Cəbəllütariqdə keçirilən beynəlxalq turnirdə mübarizə aparacaqlar
Yanvarın 27-də Cəbəllütariqdə təşkil olunmuş beynəlxalq şahmat festivalının “Masters” turnirinin yeddinci turunun oyunları keçiriləcək.

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov növbəti turda ukraynalı Anna Muzıçuk ilə mübarizə aparacaq. Digər şahmatçımız Vasif Durarbəyli isə Argentina təmsilçisi Ernesto Real De Azua ilə qarşılaşacaq.

Əvvəlki turların nəticəsinə görə Ş.Məmmədyarov 4, V.Durarbəyli 3,5 xal toplayıb.

“Masters” turnirində 241 şahmatçı, o cümlədən 116 qrossmeyster iştirak edir.

Xəbər 697 dəfə oxundu.