“Masters” turnirində Şəhriyar Məmmədyarovdan növbəti heç-heçə
Yanvarın 25-də Cəbəllütariqdə beynəlxalq şahmat festivalının “Masters” turnirinin beşinci turunun oyunları keçirilib.

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov növbəti heç-heçəyə imza atıb. Beşinci turda onun təqibi argentinalı Fernando Peralta olub. Komandamızın digər üzvü Vasif Durarbəyli isə çinli idmançı Hao Yanqın öhdəsindən gələ bilməyib. Beş turdan sonra hər iki şahmatçımızın aktivində 3,5 xal var.

“Masters” turnirinə dünyanın müxtəlif ölkələrindən 241 şahmatçı, o cümlədən 116 qrossmeyster qatılıb.

Xəbər 833 dəfə oxundu.