“Sumqayıt” yoxlama matçında Qazaxıstan klubunu məğlub edib
Antalyada təlim-məşq toplanışına yekun vurmağa hazırlaşan “Sumqayıt” son yoxlama oyununa çıxıb və Qazaxıstanın "Şaxtyor" komandası ilə görüşərək 4:2 hesablı qələbə qazanıb.

Təmsilçimizin heyətində Amil Yunanov dubl edib (49, 62). Digər qolları isə Əmir Ağayev (27) və Rəhim Sadıxov (59) vurub.

Xatırladaq ki, “Sumqayıt” bu matça qədər üç yoxlama oyununa çıxıb.

Xəbər 710 dəfə oxundu.