Şahmatçılarımızın beynəlxalq şahmat festivalında mübarizəsi davam edir
Yanvarın 26-da “Gibraltar International Chess 2020” beynəlxalq şahmat festivalının “Masters” turnirində altıncı turunun oyunları keçiriləcək.

Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarov növbəti turda hindistanlı Çopra Aryan, Vasif Durarbəyli ispaniyalı Karlos Ibarra Jerez Jose ilə görüşəcəklər.

Cəbəllütariqdə keçirilən beynəlxalq turnirin ötən beş turunda hər iki şahmatçımız 3,5 xal toplayıb. V.Durarbəyli bu nəticə ilə turnir cədvəlinin 21-ci, Ş.Məmmədyarov isə 26-cı pillələrində qərarlaşıblar.

“Masters” turnirinə dünyanın müxtəlif ölkələrindən 241 şahmatçı, o cümlədən 116 qrossmeyster qatılıb.

Xəbər 707 dəfə oxundu.