Voleybolçular arasında Azərbaycan Yüksək Liqası: “Xilasedici” komandası “Neftçi”ni məğlub edib
Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında növbəti görüşlər keçirilib.

Günün ilk matçında “Xilasedici” və “Neftçi” komandaları qarşılaşıb.

Oyun “Xilasedici” klubunun 3:1 (26:24,19:25, 25:23, 25:20) hesablı qələbəsi ilə başa çatıb.

Azərbaycan çempionatında günün ikinci qarşılaşmasında “Murov” komandası “Expres”i hər üç setdə məğlub edib - 25:14, 25:14, 25:14.

Xəbər 840 dəfə oxundu.