“Səbail” yoxlama matçında Polşa təmsilçisinə minimal hesabla qalib gəlib
Antalyada təlim-məşq toplanışına yekun vurmağa hazırlaşan “Səbail” komandası yanvarın 25-də sonuncu yoxlama oyununu keçirib.

Paytaxt təmsilçisi Polşanın “Korona” komandası ilə qarşılaşıb. Görüş “Səbail”in minimal hesablı qələbəsi ilə başa çatıb - 1:0. Matçda yeganə qolu 90-cı dəqiqədə “Səbail”in yeni transferi Hendrik Ekşteyn olub.

Xatırladaq ki, “Səbail” əvvəlki yoxlama görüşlərində Qazaxıstanın “Jetisu” (0:1), Ukraynanın “Olimpik” (1:3) komandalarına məğlub olub. Paytaxt təmsilçisi üçüncü yoxlama görüşündə Rumıniyanın “Voluntari” klubu ilə heç-heçə edib - 2:2.


Xəbər 1031 dəfə oxundu.