Azərbaycanlı baş məşqçinin İndoneziyada çalışdırdığı voleybol klubu ötənilki çempionu məğlub edib
İndoneziyada qadın voleybolçuların super liqasında əsas mərhələyə start verilib.

Həmyerlimiz Ziya Rəcəbovun baş məşqçisi olduğu “Cakarta” klubu ötən il ölkə çempionatının qalibi olan “Popsivo Polvan” komandasına 3:1 hesabı ilə qalib gəlib.

“Cakarta”nın heyətində yeganə legioner – həmyerlimiz Odina Əliyeva 54 xalla matçın ən yaxşı voleybolçusu olub.

Xəbər 890 dəfə oxundu.