Futzal üzrə Azərbaycan millisinin dünya çempionatının elit-raund mərhələsi üçün heyəti açıqlanıb
Futzal üzrə Azərbaycan milli komandasının dünya çempionatının elit-raund mərhələsi üçün heyəti açıqlanıb.

Azsport.az AFFA-nın saytına istinadla xəbər verir ki, heyətdə Rövşən Hüseynli, Rizvan Fərzəliyev, İsa Atayev, Amir Şojaei, Ramiz Çovdarov, Xətai Bağırov (“Araz”), Emin Kürdov (“EKOL”), Oliveira Da Nasimento, Conathan Luiz De Angelis (“Alarabi Sportinq Club”, Küveyt), Rafael Vilela (“Palma”, İspaniya), Eduardo Borges (“ACCS Futsal Club Paris”, Fransa), Tiaqo Telles Martins (“Norilsk Nikel”, Rusiya), Eşaq Soorqali (“Azaraxş”, İran), Everton Kardoso (“Levante”, İspaniya) yer alıblar.

Yanvarın 25-dən fevralın 2-dək Xorvatiyanın Osiek şəhərində təlim-məşq toplanışında olacaq milli komandamız rəsmi oyunlar keçirəcək. Komandamız elit-raund mərhələsində Xorvatiya (29 yanvar), Rusiya (30 yanvar) və Slovakiya (1 fevral) seçmələri ilə mübarizə aparacaq.

Xəbər 670 dəfə oxundu.