“ABC” Təhsil Mərkəzində oğlanlar və qızlar arasında şahmat üzrə turnir keçirilib
“ABC” Təhsil Mərkəzində oğlanlar və qızlar arasında şahmat üzrə turnir keçirilib.

Turnirdə A, B, C və D qrupunda 40 şahmatçı (onlardan 8 nəfəri qızdır) İsveçrə sistemi üzrə 9 turda mübarizə aparıb.

Yekun nəticələrə görə, A qrupunda Fikrət Orucov, Leyla Əsgərli, Əziz Baloğlanov ilk üçlükdə qərarlaşıblar. Gülay Nəsibova, Danila Pivkin, İsaq Əliyev B qrupunda, Abbas Qurbanov, Anar Hüseynzadə, Nazlı Qələndərzadə C qrupunda fərqləniblər. Timur Zuyev, Hökumə Vəliyeva, Lamiyə Əsədova isə D qrupunda mükafata layiq yerlər tutublar.

Yarışda ilk üç yeri tutmuş idmançılar Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplom, medal və xatirə hədiyyələri ilə təltif olunublar.

Xəbər 633 dəfə oxundu.