İspaniya Superkuboku «Quş Yuvası»na köçür
Çinlilər dünya futbolunun ən maraqlı rəqabətlərindən birini Pekinə köçürmək üçün əllərindən, daha doğrusu ciblərindən gələni etdilər. İdman.com.az saytının məlümatına görə, onlar İspaniya Superkubokunun növbəti 5 ildə «Quş Yuvası» stadionunda keçirilməsi ilə bağlı İspaniya Futbol Federasiyası ilə müqavilə imzaladılar.

Doğrudur, çinlilər yarışı ölkələrinə apararkən ilk növbədə bu rəqabətin «Barselona» və «Real» arasında olacağına ümid edirlər. Bu yay baş tutacaq belə qarşılaşma üçün də çox səy göstərildi. Ancaq arada bəzi maneələr törəndi. Belə ki, Pekin «Barselona» və «Real»ın qarşılaşmasının avqustun 22-də keçirilməsini istəyirdilər. Ondan 4 gün öncə – avqustun 18-də isə La Liqa start götürür.

Digər tərəfdən İspaniya Superkubokunun formatı 2 oyunu nəzərdə tutduğu halda, çinlilər bir görüşlə kifayətlənmək istəyirdilər. Builki oyun üçün İspaniya Futbol Federasiyasına 10 milyon avro təklif olunurdu. Builki matçla bağlı razılaşma baş tutmadı. Ancaq əvəzində İspaniya Futbol Federasiyası ilə «United Vansen International Sport» şirkəti növbəti 5 superkubok qarşılaşması üçün 39,5 milyon dollar müqabilində razılığa gəldilər.

Xəbər 1215 dəfə oxundu.