“Motorsport.com” portalı Formula 1 Azərbaycan Qran-Prisinin ölkə iqtisadiyyatına töhfəsindən yazıb
Fransanın “Motorsport.com” portalı Formula 1 Azərbaycan Qran-Prisinin ölkəmizin iqtisadiyyatına töhfəsindən yazıb.

Məqalədə Bakı Qran-Prisinin ölkə iqtisadiyyatının inkişafındakı rolunun dünyada nəhəng “PricewaterhouseCoopers” mühasibatlıq şirkəti tərəfindən dəyərləndirildiyi bildirilib.

Qeyd olunub ki, ilk dəfə 2016-cı ildə Formula 1 Qran-Prisi adı ilə keçirilən yarış 2017-ci ildən etibarən Formula 1 Azərbaycan Qran-Prisi adlanıb. Məqalədə Formula 1 yarışlarının keçirilməsi ilə bağlı kontraktın 2023-cü ilədək uzadıldığı diqqətə çatdırılıb.

Yazıda Formula 1 yarışları zamanı ölkədə yeni iş yerlərinin də yaradıldığı qeyd olunub. Bildirilib ki, Azərbaycanın təbliğinə böyük töhfə verən Qran-Prini 2018-ci ildə 82,3 milyon, ötən il isə 90,2 milyon tamaşaçı izləyib.

Xəbər 892 dəfə oxundu.