Lisenziya xarakterli boks yarışları Nankində keçiriləcək
Çində koronavirusun yayılması səbəbindən “Tokio 2020” Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan boks yarışları yerli təşkilatçılar tərəfindən Çinin Nankin şəhərində keçirilməsi qərara alınıb.

Azsport.az saytı xarici KİV-lərə istinadən xəbər verir ki, Beynəlxalq Olimpiya Komitəsi (BOK) təşkilatçılar tərəfindən verilən bu qərarı təsdiqləyib. Tədbirin tarixi isə dəyişməz qalıb.

Qeyd edək ki, yarış əvvəllər Çinin orta bölgəsi, Hubei əyalətinin paytaxtı Vuhan şəhərində fevralın 3-dən 14-dək keçirilməsi planlaşdırılırdı. Lakin Çində sətəlcəm kimi yayılan, amma sonradan koronavirusun yeni növü olduğu müəyyən edilən virusun ölkədə sürətlə yayılması “Tokio 2020” təşkilatçılarının narahatlığına səbəb olub.

Xəbər 887 dəfə oxundu.