Yubiley viktorinası
“İdman” qəzeti ilə “Bakı” klubunun birgə layihəsi

“İdman”nin qəzeti 80 illik yubileyi münasibətilə, “Bakı” futbol klubu ilə birgə, oxucular arasında keçirdiyi viktorina ötən həftə başa çatıb. Müsabiqənin yeddinci həftəsində 31 oxucumuzdan 1-i hər 3 suala doğru cavab verib. Yarışmada lider olan Bakı şəhər sakini Rafiq İbrahimov yenə fərqlənib. O, 9 sualdan 8-də dəqiq olub. Qeyd edək ki, bu oxucumuz apreldə də qalib gəlmişdi. Hər 2 ayda qalib olmuş idman həvəskarına bu həftə «Bakı» futbol klubu tərəfindən mükafat təqdim ediləcək.

Viktorinanın 7-cı həftəsinin sualları və cavabları:
1. “Bakı” futbol klubunun hazırkı prezidenti kimdir?
Cavab: “Bakı” futbol klubunun hazırkı prezidenti Hafiz Məmmədovdur.
2. Unibank Premyer Liqasının son turlarında “Bakı” futbol klubunun qapısını kim qorudu?
Cavab: Azərbaycan çempionatının son turlarında “Bakı” futbol klubunun qapısını gənc qolkiper Aqil Məmmədov qorudu.
3. “Bakı” futbol klubu son ölkə kubokunu hansı stadionda qazandı?
Cavab: “Bakı” futbol klubu son Azərbaycan kubokunu ötən il AFFA tərəfindən istifadəyə verilmiş “Dalğa-arena”da qazandı.


Xəbər 961 dəfə oxundu.