Futzal üzrə Azərbaycan millisi Özbəkistan yığmasına qalib gəlib
Futzal üzrə dünya çempionatının elit-raund mərhələsinə hazırlaşan Azərbaycan milli komandası yanvarın 22-də növbəti yoldaşlıq oyununu keçirib.

Bakı İdman Sarayında Özbəkistan yığması ilə üz-üzə gələn komandamız qələbə qazanıb - 4:3. Millimizin heyətində Oliveira Da Nascimento, Tiago Telles Martins, Eduardo Borges və İsa Atayev fərqləniblər.

Qeyd edək ki, bu komandalar arasında keçirilmiş ilk oyunda Özbəkistan millisi 3:2 hesabı ilə qələbə qazanmışdı.


Xəbər 692 dəfə oxundu.