Qadın güləşçilərimiz Ukraynada
Qadın güləşçilərdən ibarət seçmə komandamız XXX Yay Olimpiya Oyunlarına, qadınların dünya çempionatına və digər beynəlxalq yarışlara hazırlıq məqsədi ilə iyunun 4-dən etibarən Ukraynanın Aluşta şəhərində təlim-məşq toplanışında iştirak edir.

İdman.com.az saytının məlumatına görə, milli komandanın baş məşqçi əvəzi Məhəmməd Əliömərov, mütəxəssislər Qrek İqnat və məşqçi Aslan Ağayevin rəhbərliyi ilə hazırlığa 5 idmançı cəlb edilib.

Bunlar Mariya Stadnik (48 kq), Anjela Doroqan, Fatimə Baqomedova (hər ikisi - 51 kq), Yuliya Ratkeviç (55 kq) və Nadya Sementsovadır (67 kq). Təlim-məşq toplanışı iyunun 20-dək davam edəcək.

Xəbər 1112 dəfə oxundu.